Premyer Liqada futbolçular xüsusi formalarla oynayacaqlar

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların oyunçuları koronavirus pandemiyasına görə yaranmış fasilədən sonrakı ilk oyunlara xüsusi geyimlərdə çıxacaqlar.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, futbolçuların formasında soyad əvəzinə “Black Lives Matter” (“Qaraların həyatı mühümdür”) sözləri qeyd olunacaq.

Bu, mövsümün bərpasından sonrakı 12 oyun üçün keçərli olacaq. Belə ki, iyunun 17-dən etibarən əvvəlki turlardan təxirə salınmış iki oyun baş tutacaq. Daha sonra isə 23-cü turun 10 qarşılaşmasında da oyunçular oxşar formalardan istifadə edəcəklər.

Qeyd edək ki, ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra bütün dünyada “Black Lives Matter” şüarı altında müxtəlif etiraz aksiyaları keçirilir. Bununla hər kəs dünyadakı irqçiliyə öz etirazını bildirməyə çalışır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button