Yenə bağlı qapılar arxasında keçiriləcək – Premyer Liqa oyunları
İngiltərə Premyer Liqasının oyunları yenidən bağlı qapılar arxasında keçiriləcək.
Komanda.az xəbər verir ki, çempionat oyunlarında yenidən azarkeşlərin iştirakına qadağa qoyulur. Bu qərar bu gündən qüvvədədir.
İngiltərə hökuməti ölkədə koronavirusun yeni növünün yayıldığını elan edib. Son zamanlarda futbolçular arasında yoluxma faktlarının sayı artıb və bəzi oyunlar təxirə salınıb.
Premyer Liqa oyunlarında uzun müddət sonra müəyyən qədər azarkeşin iştirakına icazə verilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin