MY “Bolonya”nın hücumçusunun transferindən vaz keçib

“Mançester Yunayted” “Bolonya”nın hücumçusu Coşua Zirkze ilə bağlı qərar verib.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, “qırmızı şeytanlar” niderlandlı futbolçu üçün tələb olunan təzminat çox böyük olduğuna görə, onun transferi ilə bağlı fikirdən daşınıblar.

“Bolonya”nın Zirkze üçün 60-70 milyon avro tələb edəcəyi bildirilirdi. “Mançester Yunayted” ötən mövsüm İtaliya A Seriyasının əsas kəşflərindən birinə çevrilən futbolçuya o qədər pul ödəmək fikrində deyil.

“Yuventus”un yeni baş məşqçisi Tiaqo Mottanın “Bolonya”da birlikdə çalışdığı Zirkze ilə yenidən bərabər olmaq istəyi barədə şayiələr dolaşır.

23 yaşlı futbolçu İtaliya çempionatının son mövsümündə 11 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button