Premyer Liqa klubunun futbolçuları narazıdır – Formalardan
“Aston Villa” klubunun futbolçuları “Castore” brendinin yeni mövsüm üçün hazırladığı formaların keyfiyyətindən narazı olduqlarını bildiriblər.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, idman geyimlərinin təri çox zəif qəbul etməsi futbolçuların xoşuna gəlmir. Bu səbəbdən də, onlar tez ağırlaşır və narahat olurlar.
“Aston Villa” İngiltərə Premyer Liqasının cari mövsümündə 6 turdan sonra 12 xal toplayıb və hazırda 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin