Premyer Liqa klubundan baş məşqçi ilə yeni müqavilə
İngiltərənin “Vest Hem” klubu baş məşqçisi David Moyeslə müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Şotlandiyadan olan 58 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
“Vest Hem” Moyevin rəhbərliyi altında İngiltərə Premyer Liqasında geridə qalan mövsümü 65 xalla 6-cı pillədə başa vurub. Bu isə sözügedən komandaya Avropa Liqasının birbaşa qrup mərhələsində oynamaq şansı verib.
Qeyd edək ki, David Moyes 2017-ci ildən bu komandaya rəhbərlik edir. 2018-ci ildə “Vest Hem”dən ayrılan məşqçi, 2019-cu ilin dekabrında yenidən bu kluba qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin