“Tottenhem”in futbolçusu “Atletiko”da
İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Madrid təmsilçisi İngiltərənin “Tottenhem” klubunun və İrlandiya millisinin müdafiəçisi Mett Dohertini transfer edib.
31 yaşlı futbolçu La Liqa təmsilçisinə azad agent kimi keçib. O, yeni klubu ilə bu mövsümün sonuna kimi anlaşıb.
Doherti peşəkar karyerasına İngiltərənin “Tottenhem” klubunda başlayıb. O, bu klubda olarkən “Hibernian” və “Beri”də icarədə də oynayıb. Müdafiəçi 2020-ci ildə 16.8 milyon avro qarşılığında keçdiyi “Tottenhem”də 71 oyuna 3 qol vurub. O, İrlandiya millisində də 33 oyuna 1 qola imza atıb.
“Atletiko” iki futbolçusu ilə də yollarını ayırıb. Madrid təmsilçisi mərkəz müdafiəçisi Felipeni İngiltərənin “Nottingem Forest” klubuna satıbsa, yarımmüdafiəçis Xavi Serranonu da “İbitsa” komandasına icarəyə verib. Serrano bu mövsümün sonunadək icarədə oynayacaq. İspaniyadan olan 20 yaşlı futbolçu daha öncə “Mirandes”də də icarədə olub.
Felipe isə “Nottingem Forest”ə 2.3 milyon avroya satılıb. 33 yaşlı futbolçu yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi müqavilə bağlayıb. Braziliyadan olan futbolçu 2019-cu ilin iyul ayında 20 milyon avro qarşılığında keçdiyi “Atletiko”da 113 oyuna çıxıb, 4 qol vurub. Braziliya millisinin sabiq üzvü “Braqantino”, “Korintians” və “Portu”da da oynayıb.
Bizi Facebook-da izləyin