Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Vest Bromviç” klubu müdafiəçisi Konor Taunsendlə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Əvvəlki anlaşmanın müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Taunsend 2018-ci ildən “Vest Bromviç”in uğurları üçün çalışır. “Hall Siti”nin yetirməsi olan ingilis sol cinah müdafiəçisi uzun müddət aşağı liqa klublarında icarədə oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button