Premyer Liqa klubu ərəblərə satıldı
İngiltərənin “Nyukasl” klubunun səhmləri satılıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Sözügedən klubun səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. Tərəflər arasındakı bütün hüquqi fikir ayrılıqlarının həll edildiyi və Səudiyyə Ərəbistanı Krallığının kluba nəzarət etməyəcəyinə dair zəmanət verdiyi bildirilib. Potensial müqavilənin dəyəri 300 milyon funt sterlinqdir.
Əsası 1892-ci ildə qoyulmuş “Nyukasl” klubu daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin