Premyer Liqa klubu Qavi üçün hərəkətə keçib

“Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, London klubu 18 yaşlı futbolçunu bu yay transfer etməkdə maraqlıdır.

Üç həftə əvvəl idman direktoru Kristofer Uivelin rəhbərlik etdiyi “Çelsi” təmsilçiləri Madriddə futbolçunun agenti İvan De La Penya ilə görüşüb. Londonlular Qavi ilə müqavilə bağlamaq istədiklərini bildiriblər və onun gələcək layihələrində oynayacağı vacib rolu vurğulayıblar.

Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər. Onlar mümkün transferin daha ətraflı müzakirəsi üçün başqa bir görüş keçirəcəklər.

Qavinin müqaviləsi ilə bağlı vəziyyətə görə “Barselona”dan çox narazı olduğu qeyd edilir.

“Çelsi” futbolçuya təkcə çoxmilyonluq müqavilə deyil, həm də, yüksək imza bonusu təklif etməyə hazırdır.

Qavi bu mövsüm “Barsa” ilə La Liqada 27 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button