Premyer Liqa klubu baş məşqçisini göndərdi

İngiltərənin “Brayton” klubu baş məşqçisi Kris Hyutonla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hyutonun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Hyuton 2014-cü ildən “Brayton”u çalışdırırdı. Onun rəhbərlik etdiyi kollektiv bu mövsüm Premyer Liqanı 36 xalla 17-ci sırada bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button