PSJ-nin futbolçusu İngiltərənin 2 klubunun hədəfindədir
PSJ-nin yarımmüdafiəçisi Li Kanq İn karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, Cənubi Koreyadan olan futbolçu ilə “Nyukasl” və “Mançester Yunayted” maraqlanır.
Həmçinin, Paris klubunun Li Kanqla ayrılmaq istəmədiyi bildirilir.
23 yaşlı futbolçu Fransa çempionatının cari mövsümündə 16 matçda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin