İngiltərə klubları braziliyalını “qaralayıb”
İngiltərənin “Arsenal” və “Lids” klubları “Atletiko”nun hücumçusu Mateus Kunyanın xidmətində maraqlıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki klub artıq 23 yaşlı braziliyalının agenti ilə əlaqə saxlayıb.
“Çelsi”, “Vulverhempton” və “Aston Villa” da oyunçunu transfer etməkdə iddialıdır. Futbolçunun özü də karyerasını İngiltərədə davam etdirməyi düşünür.
Kunya 2021-ci ilin avqustundan “Atletiko”da çıxış edir. O, 2022/23 mövsümündə Madrid klubunun heyətində 17 matça çıxıb və ümumilikdə 510 dəqiqə meydanda olub. Bu oyunlarda “sambaçı” 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin