Premyer Liqa: Azarkeş sayında üçüncü göstərici təkrarlanıb

Azərbaycan Premyer Liqasının 27-ci turunda keçirilmiş “Turan Tovuz” – “Qarabağ” oyununda 6000 tamaşaçı qeydə alınıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, mövsümün üçüncü göstəricisinin təkrarıdır.

27 tur ərzində baş tutan 135 matçda 4-cü dəfə tamaşaçı sayı 6000 və ya daha yüksək olub.

Rekord “Sumqayıt” – “Neftçi” oyununa (2:1) məxsusdur. 21-ci turun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan görüşünü 8100 tamaşaçı izləyib. 25-ci turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasında (1:4) 6500, 10-cu turun “Turan Tovuz” – “Qarabağ” oyununda (2:2) 6000 seyrçi qeydə alınıb.

Qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button