Portuqaliyalı məşqçi De Byaziyə rəqib oldu

Portuqaliyalı çalışdırıcı Paulu Bentu Polşa millisinin baş məşqçisi postu uğrunda mübarizədə Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byaziyə rəqib olub.

Komanda.az “SportoweFakty”-yə istinadən xəbər verir ki, Cənubi Koreya millisinin keçmiş baş məşqçisi artıq Polşa Futbol Assosiasiyası (PZPN) ilə təmasa keçib.

De Byazi kimi, Bentu da Polşa yığmasının “sükanı arxasına” keçməkdə maraqlı olduğu üçün özünü polşalılara təklif edib. Hazırkı baş məşqçi Çeslav Mixneviçin ilin sonuna qədər olan müqaviləsini yeniləməmək qərarına verən yerli assosiasiya namizədlər arasında seçim aparır.

Paulu Bentunun rəhbərlik etdiyi Cənubi Koreya millisi DÇ-2022-nin qrupdan çıxmağı bacarsa da, 1/8 finalda Braziliyaya uduzaraq (1:4) turnirlə vidalaşıb. O, bundan sonra istefa verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button