Portuqaliya yığması AÇ-nin 1/4 finalında!

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb – 0:0.

“Frankfurt Arena” keçirilən qarşılaşmada qalib penaltilər seriyasından sonra bəlli olub.

Burada daha dəqiq oynayan portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar.

AÇ-2024
1/8 final

1 iyul

Portuqaliya – Sloveniya 0:0 (penaltilər 3:0)
Baş hakim: Daniele Orsato (İtaliya).
Frankfurt. “Valdstadion”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button