Portuqaliya millisində ciddi itki
Portuqaliya millisi ciddi itki ilə üzləşib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın heyətində Nelson Semedo zədələnib. AÇ-2020-nin seçmə mərhələsində Serbiya ilə matçın 65-ci dəqiqəsində zədələnən Semedo meydanı xərəkdə tərk edib.
“Barselona”nın 25 yaşlı müdafiəçisinin son durumu tibbi müayinədən sonra bilinəcək.
Portuqaliya millisi Serbiyanı 4:2 hesabıyla məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin