“Portu”nun futbolçusu Super Liqa klubunda

Türkiyənin “Kasımpaşa” klubu ilk transferini həyata keçirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı müdafiəçi Xorxe Fernandeslə güclənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu “Portu”dan 1 illik icarəyə götürülüb. Amma “Kasımpaşa” gələn yay onun transfer hüquqlarını almaq şansı da qazanıb.

Portuqaliyanın gənclərdən ibarət yığma komandasında da çıxış etmiş müdafiəçi geridə qalan mövsümü icarə əsasında “Tondela”da keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button