“Portu”dan 15 milyonluq transfer
“Portu” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Leyptsiq”dən Armindu Brumanı transfer etməyə yaxındır. Bu barədə Portuqaliyanın “O Jogo” nəşri məlumat yayıb. Xəbərdə, “Portu”nun Bundesliqa klubuyla razılaşdığı və Bruma üçün 15 milyon avro ödəyəcəyi bildirilib.
Bruma 2017-ci ildə “Qalatasaray”dan “Leyptsiq”ə transfer olunub. Portuqaliyalı yarımmüdafiəçi son mövsümdə Bundesliqada 14 qarşılaşmada iştirak edərək, 1 qol vurub. Onun “Leyptsiq”lə 2022-ci ilin yayına qədər müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin