“Bu axşam hamı gülümsəyir” – FOTO
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, İtaliya A Seriyasının 24-cü turunun “Torino” ilə matçından sonra (4:2) fikirlərini bölüşüb:
“Bu axşam hamı gülümsəyir. Geri döndüyüm üçün çox xoşbəxtəm. Qonaqpərvərliyiniz üçün təşəkkür edirəm”.
29 yaşlı fransalı futbolçu “Mançester Yunayted”dən “Yuventus”a qayıtdıqdan sonra ilk dəfə oyuna çıxıb. O, görüşün 69-cu dəqiqəsində meydana daxil olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin