Mahir Emreli ilin ən yaxşı legioneri adına namizəd oldu
Polşanın “Legiya” klubunda ilin ən yaxşı legioner futbolçusu adına namizədlər məlum olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıda azərbaycanlı hücumçu Mahir Emreli də yer alıb.
Mahirlə yanaşı, serbiyalı müdafiəçi Filip Mladenoviç və çexiyalı forvard Tomaş Pekqart da ən yaxşı adına namizəd olub.
Qalib Varşava klubunun rəsmi saytı, “feysbuk” və “tvitter” hesablarında azarkeşlər arasındakı sorğu nəticəsində müəyyənləşəcək.
Mahir bu mövsüm “Legiya” ilə 33 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin