Mahir Emreli Çempionlar Liqası üçün sifariş olundu
Polşanın “Legiya” klubu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Norveç “Bude-Qlimt”inə qarşı keçiriləcək iki oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Komanda.az xəbər verir ki, Varşava təmsilçisində çıxış edən azərbaycanlı futbolçu Mahir Emreli də Çempionlar Liqasının oyunları üçün sifariş olunub.
“Legiya” ÇL matçı üçün Mahirlə yanaşı, daha 4 hücumçu sifariş edib. Bunlar Tomaş Pekhart, Ernest Muçi, Rafa Lopes, Lukinyasdır.
“Legiya” “Bude-Qlimt”lə ilk matçını iyulun 7-də səfərdə keçirəcək. Komandalar arasında cavab oyunu iyulun 14-də Polşada olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin