Polşalı hücumçu rəsmən “Yuventus”da
“Marsel”in hücumçusu Arkadiuş Milik “Yuventus”a keçib.
Komanda.az xəbər verir ki, 28 yaşlı polşalı ilə icarə müqaviləsi 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulub. Milikin icarəsi “Yuventus”a 800 min avroya başa gələcək.
Milik “Marsel”ə 2021-ci ilin yanvarında “Napoli”dən keçib. O, Fransa klubunda 55 oyunda 30 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin