Poçettino ilə danışıqlar başlayıb – Qayıdır

“Tottenhem” Maurisio Poçettinonu baş məşqçi postuna təyin etmək niyyətindədir.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, London klubu artıq argentinalı mütəxəssislə geri dönməsi üçün danışıqlara başlayıb.

“Tottenhem”in hazırkı baş məşqçisi Antonio Konte müqaviləsi başa çatdıqdan sonra – mövsüm bitəndə postunu tərk edəcək. İngiltərə klubu artıq Poçettino ilə danışıqlara başlayıb.

Baş məşqçi postuna digər namizəd “Çelsi”nin sabiq çalışdırıcısı Tomas Tuxeldir.

50 yaşlı Poçettino 2014-2019-cu illərdə “Tottenhem”in baş məşqçisi olub və son mövsümündə komandayla Çempionlar Liqasının finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button