Piqnitski Milli Gimnastika Arenasında “ustad dərsi” keçəcək

Milli Gimnastika Arenasında Avropa çempionatının gümüş və dünya çempionatının bürünc medalçısı Fani Piqnitski tərəfindən bədii gimnastika üzrə “ustad dərsi” keçiriləcək.

Bu barədə Komanda.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

“Ustad dərsi” dekabrın 15-də, “Qış nağılı” beynəlxalq turniri zamanı baş tutacaq.

Gimnastika Federasiyasının yaydığı digər məlumata görə, Milli Gimnastika Arenasında xoreoqraflar Sənan Mahmudlu və Məlikməmməd Həsənov tərəfindən də “Dönmə və tullanma elementlərinin icra texnikaları və yeni qaydalara əsasən olunan dəyişikliklər” mövzusunda “ustad dərsləri” keçiriləcək. Dərslər dekabrın 5-də, saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button