Piolinin “qızıl”ını qaytardılar
“Milan” klubunun baş məşqçisi Stefano Piolinin qızıl medalını azarkeşlər özünə qaytarıblar.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 20-25 yaş arası 3 fanat vəkilin müşayiəti ilə Reco-Emiliya şəhərindəki polis idarəsinə gedib. Tərəfdarlar medalı “Sassuolo” ilə matçdan sonra paltardəyişmə otağının yanından tapdıqlarını bildiriblər.
“Sassuolo”nu 3:0 hesabı ilə məğlub edən “Milan” 11 ildən sonra İtaliya çempionu olub. Stefano Pioli qızıl medalının çempionluğu bayram edərkən boynundan qoparıldığını açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin