Piolinin çempionluq medalı oğurlandı
İtaliya A Seriyasının qalibi olan “Milan”ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə komandanın sonuncu – 38-ci turda “Sassuolo”ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib.
57 yaşlı mütəxəssis bildirib ki, medal çempionluğu bayram edərkən stadionda oğurlanıb:
“Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır”.
“Milan” 11 ildən sonra ölkə çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin