Məşhur futbolçu Xorvatiya klubundan ayrılıb
35 yaşlı futbolçu İvan Perişiç “Hayduk”u (Split) tərk edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl xorvatiyalı futbolçunun komandanın baş məşqçisi Cennaro Qattuzo ilə dil tapmadığı haqda şayiələr yayılmışdı.
“Hayduk” Perişiçin futbolçu karyerasına başladığı doğma klubudur. Daha sonra o, top-klublara yüksəlib – 2011-ci ildə Dortmund “Borussiya”sının futbolçusu olub, sonra “Volfsburq”, “İnter”, “Bayern” və “Tottenhem”də çıxış edib.
Perişiç 2024-cü ilin qışında əvvəlcə icarə əsasında, sonra isə daimi müqavilə ilə “Hayduk”a qayıdıb, lakin sonda bu yay komandadan ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin