“Penalti bizim üçün hədiyyə kimi oldu” – Roberto Bordin
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
- Oyundan əvvəl bilirdik ki, bizi çətin matç gözləyir. Penalti qolu sayəsində qələbə qazandıq. Penalti bizim üçün hədiyyə kimi oldu. Futbolçularımı təbrik edirəm.
- Oyunun bu dərəcədə gərgin, çətin keçəcəyini gözləyirdiz?
- Meydan amili oyunu çətinləşdirirdi. Bu, hər iki komandaya təsir göstərirdi. Bu çətinliyə baxmayaraq, biz öz oyunumuzu göstərməyə çalışdıq və ədalətli qələbə qazandıq.
- Mirabdulla Abbasov oyuna daxil olanda sanki həvəssiz idi. Bu, onun start heyətində meydana çıxmaması ilə bağlı ola bilər?
- Ola bilər oyuna fərqli baxmışıq. Düşünmürəm ki, Mirabdulla oyunda həvəssiz idi. Həm müdafiədə, həm də hücumda komandaya kömək etdi.
- “Qarabağ”ın “Sumqayıt” səfərində xal itirəcəyini gözləyirsiz?
- Əlbəttə ki, çempionatın hər bir oyunu çətin keçir. Mən yalnız öz komandamın oyunu haqqında düşünürəm. Hazırda qələbəni qeyd etməliyik. “Qarabağ” xal itirəcək, itirməyəcək bu, hazırda vacib deyil.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin