“Barselona”nın 2 futbolçusu ilə müqavilənin uzadılması təxirə salına bilər
“Barselona” yarımmüdafiəçilər Pedri və Qavi ilə müqaviləni 2030-cu ilin ortalarına qədər uzatmağa demək olar ki, razılaşıb. Ancaq bu futbolçularla yeni sözləşmənin imzalanması təxirə salına bilər.
Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu maliyyə problemlərinə görə Dani Olmo ilə Pau Viktoru qeydiyyatdan keçirə bilməsə, məsələ iyun ayına qədər təxirə salınacaq.
Hər şey Barselona Kommersiya Məhkəməsinin qərarından asılı olacaq.
“Barselona” ötən həftə La Liqa çərçivəsində keçirilən matçda evdə “Atletiko”ya 1:2 hesabı ilə uduzub. Hans Diter Flikin komandası növbəti matçını 2025-ci ildə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin