“O, “Barselona” üçün əla seçim olardı” – Pedri
“Barselona”nın yarımmüdafiəçisi Pedri ispaniyalı vinger Niko Uilyamsın komandaya mümkün transferini şərh edib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Uilyamsla bağlı suala konkret cavab verə bilməyib:
“Uilyamsın transferi olacaqmı? Nə cavab verim, bilmirəm. Təbii ki, o, “Barselona” üçün əla seçim olardı. Avropa çempionatında hamı Uilyamsın nəyə qadir olduğunu gördü”.
22 yaşlı futbolçunun transferi ilə bağlı “Barselona” və “Atletik” arasında danışıqlar aparıldığı barədə məlumatlar yayılıb. Uilyamsın bazar dəyəri 60 milyon avro qiymətləndirilir.
İspaniyalı vinger ötən mövsüm 48 oyun keçirib, 10 qol vurub və 24 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin