Pedri mövsümün qalan hissəsini buraxa bilər
“Barselona”nın yarımmüdafiəçisi Pedri Avropa Liqasının 1/4 final mərhələsinin Frankfurt “Ayntraxt”ı ilə cavab oyununda (2:3) zədələnib.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin əzələ yırtığı olması ehtimalı var.
Pedriyə qoyulan diaqnoz təsdiqlənərsə, futbolçu ən azı 6-8 həftə meydana çıxmayacaq. Bu isə o deməkdir ki, futbolçu mövsümün qalan hissəsində kataloniyalılara kömək edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin