Paytaxt klubunun üzvünə 4 oyunluq cəza

İtaliya futbol Federasiyası “Latsio”nun müdafiəçisi Stefan Radunu 4 oyunluq cəzalandırıb.

Komanda.az xəbər verir ki, buna sözügedən futbolçunun “İnter”lə oyunda hakimə qarşı idmançıya davranmayan hərəkətlərə yol verməsi səbəb olub.

Belə ki, Radu komandasının qapısına penalti təyin olunan epizodda hakimin ünvanına xoşagəlməz ifadələr söyləyib. Matçın sonunda isə hakimə yaxınlaşaraq sərt şəkildə onu sinəsindən itələyib.

Qeyd edək ki, “Latsio” əsas vaxtı 1:1 hesabıyla bitən bu görüşdə penaltilərlə qalib gələrək yarımfinala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button