Paytaxt klubunda növbəti ayrılıq
Daha bir futbolçu “Tottenhem”dən ayrılıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Mişel Vorm London təmsilçisini tərk edib.
36 yaşlı qolkiperlə başa çatan müqavilənin müddəti yenilənməyib.
Qeyd edək ki, Mişel Vorm 2014-cü ildən “Tottenhem”də çıxış edirdi.
Bu gün müdafiəçi Yan Vertongen də Premyer Liqa təmsilçisindən ayrılıb. Paytaxt klubu sosial şəbəkə hesabları vasitəsilə hər iki oyunçuya xidmətlərinə görə təşəkkür edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin