Pavel Hapal: “Rəqibə istədiyini etməyə heç bir imkan vermədik”

Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, çexiyalı mütəxəssis 5:1 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • İlk dəqiqədən sona qədər yaxşı oyun sərgilədik. Qol buraxmağımıza baxmayaraq, kifayət qədər şanslar yaratdıq. Nəticədə 5:1 hesabıyla qələbə qazandıq. Hər şeydən razıyam.
  • Bu qədər zəif Azərbaycan millisini gözləyirdimi?
  • Azərbaycanın zəif olduğunu düşünmürəm. Bizim oyunumiz çox yüksək səviyyədə idi. Rəqibə imkan vermədik ki, istədiyini etsin.
  • Marek Hamşik qol sayında milli komandada rekord göstəriciyə çatdı və bombardir oldu. Bu haqda fikirləriniz?
  • Hamşikin adına sevinirəm və onu bu uğuruna görə təbrik edirəm.
  • Robert Bojeniki hücumçu kimi oynatmağınız necə ağlınıza gəldi?
  • Bojeniki hücumda oynatmağı iki gün əvvəldən düşünürdüm. Azərbaycanın Macarıstanla oyununu izləmişdik. Hücumda Andrey Duda da ola bilərdi. Amma Bojenikin hücumçu keyfiyyətləri daha çoxdur.
  • Bakıya yenidən qayıtmaq istərdizmi?
  • Əlbəttə, qayıtmaq istərəm. Bakı gözəl şəhərdir. Bakı Olimpiya stadionunda məşq etmişik və yenidən orada oynamaq istərdik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button