Paşayevin komandası səfərdən bir xalla döndü
Futbol üzrə Ukrayna Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Dnepr”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Millimizin müdafiəçisi 84-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Aleksandriya” 17 turdan sonra 23 xalla 14 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin