Paris-2024: Azərbaycan gimnastı finala yüksələ bilmədi

Fransada keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.

Komanda.az xəbər verir ki, fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsini başa vurub.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 4 hərəkətin yekununda 117,850 xal toplayıb. Onun topla çıxışı 30,200, halqa ilə 32,500, lentlə 28,400 və gürzlərlə 26,750 xalla qiymətləndirilib. Ağamirova bu göstərici ilə yarışı 19-cu pillədə başa vurub.

Dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnastlar sabahkı finala vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button