Paris-2024: Azərbaycan parataekvondoçusundan qızıl medal!

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Komanda.az xəbər verir ki, K44 kateqoriyasında, 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.

Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu, Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub.

Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button