“Barselona” argentinalı futbolçunu transfer etmək istəyir

“Roma”nın yarımmüdafiəçisi Leandro Paredes komandasını dəyişə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “Barselona”nın sıralarına qoşula bilər.

Paradesin “Roma” ilə müqaviləsinin bitməsinə bir il qalıb. Buna görə də, Kataloniya klubu onu nisbətən ucuz qiymətə transfer etmək istəyir.

30 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 49 matçda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə verib. O, əvvəllər PSJ və “Yuventus”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button