“Panenka zərbəsi”nə görə klubdan qovuldu VİDEO

Paraqvayın “Kampo Qrande” klubu futbolçusu Brendiks Parra ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, buna səbəb, Parranın Cənubi Amerika kuboku çərçivəsində, “La Ekidad”a qarşı keçirilən oyunda “Panenka vuruşu” ilə penaltini yerinə yetirə bilməməsi olub. Sözügedən qarşılaşmada rəqibinə penaltilər seriyasında məğlub olan “Kampo Qrande” turnirlə vidalaşıb.

Bu məğlubiyyətdən sonra klubun prezidenti Eriberto Qammara Brendiksin komandadan göndərildiyini açıqlayıb:

“Rəhbərlik olaraq, “Panenka vuruşu” ilə penalti yerinə yetirmək istəyən, ancaq bunu bacarmayan Brendiksi komandadan göndərmək qərarını aldıq. Növbəti tura yüksəlsəydik, futbolçular daha çox pul alacaqdı”.

Məsələ ilə bağlı Paraqvay mətbuatına danışan Parra isə bunları deyib:

“Çətin vəziyyətdir. Ancaq həyat davam edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button