Özünü azərbaycanlı kimi aparan Neymar 1 milyon dollar cərimələnə bilər – FOTO
PSJ-nin futbolçusu Neymar Braziliyada 1 milyon dollar cərimələnə bilər.
Komanda.az “France24”-ə istinadən xəbər verir ki, braziliyalı forvardın Rio-de-Janeyrodan 130 kilometr aralıdakı malikanəsi “ətraf mühitin mühafizəsi orqanlarının icazəsi olmadan” tikilib. Bu barədə meriyanın məlumatında deyilir.
Səlahiyyətlilər “müxtəlif ekoloji pozuntular”, o cümlədən, su yolunun dəyişdirilməsi və suyun icazəsiz çaydan kənara çıxarılması faktını da aşkar ediblər. Onlar həmçinin, icazəsiz qazıntı işlərini, torpaq, daş və qayaların qazılmasını, icazəsiz çimərlik qumundan istifadəni qeydə alıblar.
Malikanə ətrafına baxış zamanı Neymarın atası da hadisə yerində olub. Yayımlanan videolarda onun məmurlarla mübahisə etdiyi görünür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin