“Özümüzü hər zaman avrokubok yarışlarının bir hissəsi olaraq görmüşük”
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə “Atletiko” ilə qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman mütəxəssis, turnirdə iddialı olduqlarını bildirib:
“Atletiko”ya qarşı oynamaq bir futbolçunun həyatındakı ən çətin hadisələrdən biridir. Rəqib çox yaxşı təşkil olunmuş komandadır. Bu komandaya qarşı oynamaq çətindir. Onların cari mövsümdə göstərdikləri oyun insanların dediyi qədər pis deyil. Bu mərhələdəyik və iddiamıza heç kim şübhə etmir. Özümüzü hər zaman avrokubok yarışlarının bir hissəsi olaraq görmüşük. Mümkün qədər irəliləmək istəyirik. Özümüzü final oyununda iştirak edən, rəqabəti qazanana komandalardan biri olaraq görürük. Keçən ilki Çempionlar Liqasının qalibi kimi deyil, bu mövsüm turnirdə mübarizə aparan komandalardan biri kimi hiss edirik. İstanbulda, final oyununda olmaq istəyiri. Bunun üçün nə etmək lazımdır, bilirik”.
“Atletiko” – “Liverpul” oyunu bu gün, saat 00:00-da start götürəcək.
Bizi Facebook-da izləyin