“Qarabağ”ın hücumçusu: “Özümü tamamlanmış hiss edirəm”
“Qarabağ”ın hücumçusu Olavio Juninho komandadakı ab-havadan danışıb.
Komanda.az “ojogo.pt” saytına istinadən xəbər verir ki, 2023-cü ilin yayında Portuqaliyanın “Çaves” klubundan transfer olunan braziliyalı forvard kollektivə tez uyğunlaşdığını bildirib:
“Mənə təqdim olunan layihəyə və Çempionlar Liqasında oynamaq kimi uşaqlıq arzumu reallaşdırmağa görə “Qarabağ”a gəldim. Çempionlar Liqasında oynamasaq da, Avropa Liqasında mübarizə aparırıq. Özümü tamamlanmış hiss edirəm. Buradakı çıxışım uğurludur. Çünki komandaya və məşqçinin ideyalarına uyğun gəlirəm. Hər şey münasibətdən irəli gəlir. Qısa müddətdir Azərbaycanda olmağıma baxmayaraq, yaxşı uyğunlaşdım. Riçard Almeydanın uzun illərdir burada olması işimi asanlaşdırdı. Mənə köməyinə görə ona minnətdaram.
Avropa Liqasının qrupunda keçirdiyimiz oyunlar bir xəyal idi. Əvvəllər yaşamadığım tam fərqli hisslər idi. İnanılmaz təcrübə oldu. Ancaq bilirik ki, avrokuboklarda asan oyun olmur. “Braqa” ilə matçlar nə bizim, nə də rəqib üçün asan keçəcək. “Braqa” yaxşı oynamağı bacaran əla komandadır. Lakin biz onları düşünmürük, oyundan-oyuna irəliləmək istəyirik”.
“Qarabağ” “Braqa” ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.
Bizi Facebook-da izləyin