Özbək futbolçunu Almaniyadan bu klublar istəyirmiş
“Mançester Siti”nin yeni futbolçusu Abdukodir Xusanovun maraqlarını təmsil edən agenti Qayrat Xasbiullin müştərisi ilə digər klubların maraqlanmasından danışıb.
Komanda.az “championship”-ə istinadən xəbər verir ki, özbək oyunçunun agenti Almaniya klublarının onu istədiyini bildirib:
“Almaniya klubları onu istəyirdi. Söhbət “Leyptsiq”, “Ştutqart”, Leverkuzen “Bayer”i və Dortmund “Borussiya”sından gedir”.
Xusanov 40 milyon avro qarşılığında “Lans”dan “Mançester Siti”yə keçib. 20 yaşlı müdafiəçi ilə 2029-cu ilin iyun ayının sonuna kimi olan müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin