Özbək futbolçu “Roma” ilə yeni müqaviləni müzakirə edir
Özbəkistanlı futbolçu Eldor Şomurodov “Roma” ilə müqaviləsini uzada bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın 2027-ci ilin ortalarına qədər uzadılmasını müzakirə edirlər. 29 yaşlı forvardın hazırkı sözləşməsi 2026-cı ilin iyunun sonunda başa çatacaq.
Şomurodov İtaliya çempionatının cari mövsümündə 3 oyun keçirib və 1 qol vurub.
“Roma” keçirilən 6 oyundan sonra 9 xal toplayıb və İtaliya çempionatının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Komanda növbəti oyunda səfərdə “Monza” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin