“Öz üzərimizdə işləməyə davam etməliyik”
NTD-nin baş məşqçisi Tahir Baxşıyev “Naxçıvan”a qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 7-ci turunun oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Çətin bir matç oldu. Əsas heyət üzvlərimizdən Akbər Məmmədov bu oyunu buraxırdı. Əvəzində Məhəmməd Hüseynli özünü yaxşı tərəfdən göstərdi. Eyni zamanda Murad Babayevə də inanıram. Onun daha yaxşı oynaya biləcəyini bilirəm. Belə qarşılaşmalar gənc oyunçular üçün çox önəmlidir. Öz üzərimizdə işləməyə davam etməliyik. Növbəti oyun “Neftçi”yə qarşı olacaq. Yenə də Akbərsiz oynayacağıq”.
“Naxçıvan” – NTD qarşılaşması birincilərin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin