Öz futbolçularını təhqir edən baş məşqçinin cəzası açıqlandı
AFFA İntizam Komitəsi 12 yaşadək oğlan futbolçular arasında keçirilən Azərbaycan çempionatının oyunu zamanı öz yetirmələrini təhqir edən “Arpaçay” (Şərur) klubunun baş məşqçisi Bilal Nağıyevi cəzalandırıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mütəxəssis UGİM (Culfa) ilə oyununun 27-ci dəqiqəsində futbolçularına qarşı nalayiq ifadələr işlədib.
Nağıyev qırmızı vərəqə ilə meydandan qovulub. O, AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin