“Oyunu yekun nəticədən daha çox bəyəndim” – Luis Enrike

İspaniya millisinin baş məşqçisi Luis Enrike DÇ-2022-nin ikinci turunun Almaniya ilə matçı (1:1) barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunda səhvlərə yol verdiklərini deyib:

“Oyunu yekun nəticədən daha çox bəyəndim. Qazanmaq üçün nə çatmadı? Oyun ərzində inamımız yox idi. Rəqib bizi qapıya sıxışdırmışdı. Adətən etmədiyimiz səhvlərə yol verdik”.

Enrike qrupda liderliyi qorumaq istədiklərini xüsusilə vurğulayıb:

“Heç-heçəyə baxmayaraq, qrupda liderik. Üçüncü matçdan sonra da bu mövqeyi qorumaq niyyətindəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button