“Oyundan sonra Xaviyə dedim ki…”
“Qalatasaray”ın baş məşqçisi Domenek Torrent Avropa Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə oyununu (0:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, “Barselona”nın baş məşqçisi Xavi ilə münasibətinə və “Qalatasaray”ın oyununa toxunub:
“Xavi mənim dostumdur. Oyundan sonra ona dedim ki, biz “Barselona”nı İstanbulda qəbul edəcəyimiz günü səbirsizliklə gözləyirik.
Oyunçularımız “Barselona” ilə matçda əla fiziki hazırlıq nümayiş etdirdilər. Biz bütün komanda ilə inkişaf edirik”.
“Barselona” ilə “Qalatasaray” arasında cavab oyunu martın 17-də, İstanbulda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin