“Oyunçuların mədəsində problem var, bəziləri qusur” – “Barselona”nın prezidenti
“Barselona”nın prezidenti Xuan Laporta komandada baş verən qastroenterit xəstəliyindən sonra açıqlama verib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, klub prezidenti oyunçuların mədəsində problem yarandığını bildirib:
“Bu, yalnız komandaya təsir edən bir virus idi. Mən yaxşıyam. Oyunçuların mədəsində problem var, bəziləri qusur. Biz oyunu bazar ertəsinə təyin etməyə çalışdıq, lakin bu, mümkün olmadı. Çünki həmin tarixdə stadion artıq doludur. Artıq tarixləri tənzimləmək mümkün deyil”.
Daha əvvəl məlum olmuşdu ki, kataloniyalıların “Yuventus”la yoxlama görüşü baş tutmayacaq. Oyun iyulun 23-də, ABŞ-ın Kaliforniya ştatının Santa Klara şəhərində keçirilməli idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin