“Oyuna nəzarəti itirmişdik” – Emin Mahmudov
“Neftçi”nin kapitanı Emin Mahmudov Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan oyundan sonra jurnalistlərə müsahibəsində öncə bunları söyləyib:
- Birinci hissəyə çox pis başladıq. Rəqib əks-hücuma çox yaxşı çıxırdı. Oyuna niyə belə başladığımızı bilmirəm. Bəlkə də, tam köklənə bilmədik.
- “Arsenal”la oyundan sonra komandada arxayınlıq vardı?
- İnanmıram ki, komandada arxayınlıq olsun. Çünki 3-cü mərhələdə olduğumuzu, 13 min azarkeşin qarşısında oynayacağımızı bilirdik. Buna görə də, bizdə arxayınlıq yaranmamalıdı. Çalışacağıq ki, cavab matçında daha yaxşı oyun göstərək. Əsas nəticə əldə etməkdi.
- Əvvəlki 2 mərhələdə qol buraxmayan “Neftçi” bu gün iki qol buraxdı. Bunun səbəbini nədə görürsüz?
- Düşünürəm ki, oyuna nəzarəti itirmişdik. İki əks-hücumdan qol buraxdıq. Bu əks-hücumlar bizim üçün çox problem yaratdı.
- Oyunun nəticəsi ədalətli idi?
- Nəticə hər zaman ədalətli olur.
- Növbəti mərhələ üçün şansları necə dəyərləndirirsən? Komandanızda mərhələ keçmək üçün güc varmı?
- Gücümüzün çatmayacağını düşünsək, gərək heç ikinci matçda meydana çıxmayaq. Meydana qələbə qazanmaq üçün çıxacağıq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin